Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 64    Bakı şəhəri, 26 fevral 2019-cu il


 Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tərcümə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2018-ci il 3 may tarixli 201 nömrəli və “Tərcümə Mərkəzinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” 2018-ci il 14 iyun tarixli 266 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 noyabr tarixli 334 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Tərcümə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 201 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1111) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adına və ikinci abzasına “Tərcümə” sözündən əvvəl “Azərbaycan Dövlət” sözləri əlavə edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “Tərcümə Mərkəzinin Nizamnaməsi”nin adına və  1.1-ci bəndinə “Tərcümə” sözündən əvvəl “Azərbaycan Dövlət” sözləri əlavə edilsin.
2. “Tərcümə Mərkəzinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 iyun tarixli 266 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1365) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adına, 1-ci və 2-ci hissələrinə “Tərcümə” sözündən əvvəl “Azərbaycan Dövlət” sözləri əlavə edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “Tərcümə Mərkəzinin strukturu”nun adına və mətninə “Tərcümə” sözündən əvvəl “Azərbaycan Dövlət” sözləri əlavə edilsin.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə