Ən son xəbərlər
Bu xəstəliklə bağlı Medicina.az sınanmış, istifadədən sonra nəticə əldə edilmiş resepti təqdim edir. Eyni ölçülü 3 ədəd limon alın. Hər gün onun birindən istifadə edin.
Birinci gün bir limonun şirəsinə 1 çay qaşığı çay sodası əlavə edin. Qarışdıraraq səhər yeməyindən əvvəl acqarına için. Bunu 3 gün təkrarlayın.
Daha sonra aşağıda göstərilən limon tərkibli digər reseptlərdən istifadə etsəniz daha effektli nəticə əldə edə bilərsiniz:
2 ədəd limonun şirəsini 2 diş əzilmiş sarımsaqla qarışdırın. Yeməkdən 2 saat sonra 1 çay qaşığı qəbul edin.
6 ədəd limonun hər birini 4 hissəyə ayırın. 24 ədəd əncir qurusunu yarıya bölün. 1 xörək qaşığı rəvənd kökünü və 0,5 çay qaşığı zəy ilə qarışdıraraq üzərini örtənə qədər sirkə əlavə edin. Əncir və limon sirkəni özünə hopdurana kimi təxminən 2 sutka saxlayın.
Gündə 3 dəfə yeməkdən 20 dəqiqə əvvəl 1 dilim limon və 2 dilim əncir yeyin. Müalicə kursunun müddəti 24 gündür. 2 həftə fasilə verdikdən sonra təkrar etmək olar.
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə