Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rezidentlərin yekun attestasiyasının praktik mərhələsi keçiriləcək

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirirlər ki, 2018-ci ilin oktyabr ayında keçirilən yekun attestasiyadan müəyyən səbəblər üzündən keçməyənlər (əmək qabiliyyətini müvəqqəti itirmə, sosial məzuniyyətlə əlaqədar və s.), eləcə də rezidentura təhsilini 2019-cu ilin fevral ayınadək bitirən həkim-rezidentlər üçün yekun attestasiyanın praktik mərhələsi 28.02.2019-cu il tarixində saat 10:00-da Azərbaycan Tibb Universitetinin kafedralarında və klinikalarında keçiriləcəkdir.

Rezidentlərin göstərilən tarixdə saat 09.45-də ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları və şəxsiyyət vəsiqələrini təqdim etmələri tələb olunur. Yekun attestasiyanın ixtisaslar üzrə praktik mərhələsinin keçirildiyi yerlər artıq müəyyənləşmişdir:

Yekun attestasiya ilə bağlı suallarınızla əlaqədar ATU-nun rezidentura şöbəsi ilə 012 597 44 83 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

 

 Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 Fevral 2019 12:44 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə