Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağsuda heyvanlar arasında xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

Ağsuda kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib. Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, cari ilin tədbirləri başlayandan indiyə kimi 15 sahə baytarlıq məntəqəsi vasitəsilə Ağsu rayonunun ayrı-ayrı şəxsi təsərrüfatlarında xəstəliklərə qarşı profilaktik peyvəndləmə və ərazidə profilaktik dezinfeksiya işləri görülüb.

Eləcə də həssas heyvanlar arasında xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1789 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq müayinə edilib. Bununla yanaşı, iribuynuzlu və təkdırnaqlı heyvanlar diaqnostik müayinələrə cəlb olunub.

Fevral ayının 10-dan Ağsu rayonunda iribuynuzlu heyvanlar arasında peyvəndləmə tədbirinə başlanılıb. Artıq 26 min baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.

Tədbirlər çərçivəsində həm də maariflənmə işi aparılaraq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Ağsu rayonunda bundan sonra ev quşlarında, iribuynuzlu heyvanlarda və xırdabuynuzlu heyvanlarda xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlarda xəstəliyi aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması və iribuynuzlu heyvanlarda müayinələrin aparılması nəzərdə tutulub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 Fevral 2019 12:39 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə