Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mahir Hacıyev: o gecəni xalqımız heç vaxt unutmayacaq...

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Xocalı Soyqırımının 27-ci il dönümü ilə bağlı keçirilən tədbirdə Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra institutun direktoru, dosent Mahir Hacıyev çıxış etdi. Dedi ki, illər keçsə də həmin gecəni xalqımız heç vaxt unutmayayacaq və erməni vandalları törətdikləri vəhşiliklərin cavabını alacaqlar.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, dosent Fizuli Mirzəyev danışdı, erməni vəhşiliyindən,söz açdı.

İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Namiq Həsənov isə Xocalıda dinc əhaliyə qarşı törədilən amansızlıqların bütün beynəlxalq hüquqi, hərbi qaydalara başdan ayağa zidd olduğunu diqqətə çatdırdı.

İnstitutun elmi katibi, dosent Samir Mahmudov da ağlasığmaz vəhşiliklərdən söhbət açdı, yerli əhalinin Xocalını nəyə görə tərk etməsindən danışdı.

Sonda erməni təcavüzkarlığına məruz qalmış, şəhid ailəsinin nümayəndəsi Gülağa Cabbarov çıxış etdi. O bildirdi ki, 26 fevral bizim qan yaddaşımızdır. Bizə qarşı törədilən soyqırımı heç vaxt unuda bilmərik.

İclasın sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə çəkilmiş, Natiq Novruzovun rejissoru olduğu «Xüsusi təyinatlı İbad – 1» filmi nümayiş etdirildi.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

27 Fevral 2019 11:04 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə