Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafada keçirilən anım tədbiri hamını kövrəltdi…

Ağstafa Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev,  hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri , rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qan yaddaşına əbədi həkk olunmuş Xocalı faciəsinin şəhidləri  bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova çıxış edərək Xocalı faciəsinin Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoyduğunu, 27 il ötməsinə baxmayaraq, bu faciənin ağrı və acısının hələ də qəlbimizdə yaşadığını bildirib.

Lalə Eyyubova Xocalı barədə həqiqətlərin dünya miqyasında yayılması məqsədilə Heydər Əliyev Fondunun böyük işlər gördüyünü qeyd edib, bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılmasının hər kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıb.

Tədbirdə məktəb şagirdlərinin ifasında səsləndirilən vətənpərvərlik mövzusunda mahnı və şeirlər səsləndirilib. 

Sonda Xocalı soyqırımına həsr edilmiş tamaşa nümayiş  etdirilib.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

27 Fevral 2019 11:00 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə