Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı işğaldan əvvəl və sonra fotolarda

...Uzaqda dağların arasında kiçik, ancaq insanları gülərüz, zəhmetkeş, qurub yaratmaq eşqi ilə yaşayan bir şəhər vardı...27 ildir ki, o şəhərin insanları bir qanlı gecədə məhv olub,  pərən-pərən düşüb,  həyatda olan sakinləri üçün o qanlı fevral gecəsində yaşadıqları dəhşətli anları yada salıb danışmaq həm çətin, həm də ağrılıdır.  Təəssüf ki, istər mətbuatda, istərsə də sosial şəbəkələrdə daha çox Xocalı soyqırımı mövzusunda yada düşən bu şəhərin əslində toylu-büsatlı, çal-çağırlı günləri də olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il noyabrın 26-da  Əsgəran rayonunun əsasında yaradılmış Xocalı rayonunda bir sıra quruculuq işləri görülməyə başlanıldı. Şəhərdə yeni müasir tipli binalar tikildi, şəhər simasını müsbət mənada dəyişməyə başladı. Xocalının həmin qayğısız və xoş günlərinin çox az qismi şəkillərdə, o dövrkü mətbuatda əks olunub.  “Xocalının səsi” qəzetinin 1991-ci il nömrələrindən  araşdırıb üzə çıxardığımız  bu fotolar da həmin günlərə güzgü salır.

Şəkillərdə Xocalıda aparılmış tikinti quruculuq işləri, bağça və binaların, evlərin tikintisi, şəhərin müxtəlif yerlərdən ümumi görünüşü, şəhər sakinlərinin müəssisələrdə fəaliyyəti əks olunub.

Xocalının işğalından sonra erməni fotoqraf  Ruben Manqasaryanın çəkdiyi şəkillərdə dağıdılmış və yandırılmış evlərin xarabalıqları əks edilib. Şəhərin indiki görünüşündə də işğalın izlərini aydın görmək olur.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

26 Fevral 2019 16:58 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə