Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misirli deputatlar bəyanat yayıblar

Misirli deputatlar Xocalı faciəsi ilə bağlı bəyanat yayıblar.

Misir Nümayəndələr Məclisinin Misir – Azərbaycan dostluq qrupunun rəhbəri professor Usamə əl-Abd qrup üzvlərinin adından Xocalı faciəsi ilə bağlı bəyanat imzalayaraq Azərbaycan – Misir parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili, akademik Gövhər Baxşəliyevaya göndərib.

Misir – Azərbaycan dostluq qrupunun üzvləri bəyanatda 26 fevral Xocalı soyqırımı gününün ağrı-acısını bölüşdüklərini və Azərbaycanla həmrəy olduqlarını qeyd ediblər.

Misirli deputatlar ümid etdiklərini bildiriblər ki, Xocalı faciəsi beynəlxalq hüquq prinsiplərinə, BMT Nizamnaməsinə tam uyğun şəkildə dünya ictimaiyyəti tərəfindən ədalətli siyasi qiymətini tapacaq.

 

“Xalq qəzeti”

26 Fevral 2019 16:18 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə