Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımı Uruqvay və Çili mətbuatında

Azərbaycanın Uruqvaydakı müvəqqəti işlər vəkili Emin İbrahimovun "Xocalı qətliamı - ədalət və sülh üçün davamlı çağırış" sərlövhəli məqaləsi Uruqvayın aparıcı xəbər portallarından olan Uruqvay Xəbərlər Agentliyi tərəfindən yayılıb.

Trend-in məlumatına görə, məqalədə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın azərbaycanlıların və ermənilərin etnik olaraq bir yerdə yaşamasının mümkün olmadığı və eks-prezident Serj Sarqsyanın Xocalı qətliamının qəsdən törədildiyi barədə Tomas de Vaala müsahibəsində dediyi məlum fikirlərə istinad edilib. Bu iki sabiq prezidentin fikirlərinin əslində Azərbaycana qarşı Ermənistanın həyata keçirdiyi işğal və etnik təmizləmə siyasətini yaxşı izah etdiyi bildirilib. Bu kontekstdə Xocalı qətliamının münaqişə kontekstində etnik təmizləmə siyasətinin ən faciəvi səhifəsi olduğuna diqqət çəkilib. Hazırda Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etdiyi, 1 milyondan artıq azərbaycanlının öz evindən qaçqın və didərgin düşdüyü, BMT TŞ-nin qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi vurğulanıb. Eyni zamanda, Xocalı faciəsinə görə məsuliyyət daşıyan şəxslərin hələ də cəzasız qaldığı qeyd edilıb.

Məqalədə qeyd edilib ki, sülhə nail olmaq üçün, Ermənistanın işğala son verməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və azərbaycanlıların hazırda işğal altında olan evlərinə qayıtması zəruridir.

Geniş oxucu kütləsinə malik Latın Amerikasının Telesur TV, Çilinin “Diario Universidad de Chile”, İspaniyanın “Rebelion” xəbər portallarında Çilili jurnalist və beynəlxalq analitik Pablo Xofrenin “Xocalı bizdən xatırlamağı tələb edir” başlıqlı məqaləsi nəşr olunub.

26 Fevral 2019 15:42 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə