Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çavuşoğlu: Azərbaycanın kədəri Türkiyənin kədəridir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  “Twitter” səhifəsində yazıb ki, Azərbaycanın kədəri Türkiyənin kədəridir.

M.Çavuşoğlu Azərbaycan xalqına, Xocalı faciəsində həlak olanların yaxınlarına başsağlığı verib. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

 

"Xalq qəzeti"

26 Fevral 2019 15:32 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə