Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heyvanlar üzərində keysəriyyə əməliyyatı aparan baytar həkimləri ilə görüş

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) Qax və Oğuz rayonlarında son zamanlar heyvanlar üzərində keysəriyyə əməliyyatı aparan baytar həkimləri ilə görüş keçirilib.

Görüşdə Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayev əməliyyatı icra edən Qax Rayon Baytarlıq İdarəsinin İlisu sahə baytarlıq məntəqəsinin müdiri Hamlet Abbasovu və Oğuz Rayon Baytarlıq İdarəsinin Qumluq sahə baytarlıq məntəqəsinin müdiri Sahib Balakişiyevi qəbul edərkən, heyvanlar üzərində aparılan əməliyyatların uğurlu olmasından danışıb. Eləcə də qeyd edilib ki, bu əməliyyatların Kütləvi İnformasiya Vasitələrində işıqlandırılması çox yaxşı təşəbbüsdür və bu təşəbbüs ardıcıl şəkildə davam etdirilməlidir.

Həmçinin bildirilib ki, tövlə şəraitində bu kimi çətin əməliyyatların uğurla aparılması Kənd Təsərrüfatı Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının da diqqətini çəkib və həkimlərimiz pul mükafatına layiq görülüblər.     

Heyvanlar üzərində keysəriyyə əməliyyatını aparan həkimlər görüşdə əməliyyatlar barədə ətrafı məlumat verərək bildiriblər ki, hazırda həm ana, həm də bala heyvanların sağlamlıq durumları qənaətbəxşdır. Heyvanlar normal hərəkət edir, qidalanır və məhsul verirlər. Həkimlər əməklərinə verilən qiymətə görə Nazirliyin, Dövlət Baytarlıq Xidmətinin, həmçinin Həmkarlar İttifaqı Federasiyasının rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda heyvanlar üzərində keysəriyyə əməliyyatı aparan baytar həkimlərinə Dövlət Baytarlıq Xidmətinin Fəxri Fərmanları təqdim edilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

26 Fevral 2019 15:16 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə