Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Litva mətbuatı Xocalı soyqırımı və “Sonsuz dəhliz” filmindən yazıb

Litvanın Mikolas Romeris Universitetində Xocalı soyqırımı haqqında çəkilmiş “Sonsuz dəhliz” filmi nümayiş etdirilib. Bu ölkənin Alkast.lt və Bernardinai.lt xəbər portallarında filmə və Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş geniş məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı cinayət və onun nəticələri haqqında geniş məlumat verilir. Bildirilir ki, litvalı müəlliflərin lentə aldığı “Sonsuz dəhliz” sənədli filmi bu dəhşətli hadisələrə işıq salır. Vurğulanır ki, həmin filmə baxarkən litvalı tamaşaçı erməni qəddarlığına izah tapmaqda çətinlik çəkir.

Məqalədə bildirilir ki, “Sonsuz dəhliz” filmi 1992-ci ilin o dəhşətli günlərində təsadüfən Azərbaycanda olmuş litvalı jurnalist Riçard Lapaytisin şahidi olduğu hadisələr əsasında lentə alınıb.

 

Aygün Əliyeva,
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

26 Fevral 2019 14:27 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə