Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aliment borcuna 890 kiloqram rupi ödədi

Keçmiş arvadına külli miqdarda aliment borcu olan indoneziyalı Dui Susilarto bunu xırda pullarla ödəməyə qərar verib. O Karaqncar dini məhkəməsinə içində 153 milyon İndoneziya rupisi olan (təqribən 713 min rubl) 12 kisə xırda pul gətirib. Onun arabaya yükləyib iki dostunun köməyi ilə məhkəmə zalına gətirdiyi qiymətli yükün çəkisi 890 kiloqram olub. 
Keçmiş ər borcunun qalan 25 milyon rupisini əskinaslarla ödəyib. 
Xəbəri “Lenta.ru” verib.

Hazırladı: 
Elçin ABBASOV, 
“Xalq qəzeti”

 

24 Avqust 2018 22:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə