Ən son xəbərlər
Servis xidmətində “çalışan” robotların istehsalçısı “Promobot” müəssisəsinin yeni məhsulu robot-polislərdir. Müəssisənin istehsal etdiyi robot-polislər 2019-2020-ci illərdən Asiya ölkələrində, o cümlədən Çində və Cənubi Koreyada xidmətə başlaya bilərlər.
Şirkətin təsisçisi və direktoru Oleq Kivokurçev məlumat vermişdir ki, robot-polislər artıq 2018-ci ilin iyulundan Qazaxıstan Daxili İşlər Departamentində xidmətə başlamışlar.
Xəbəri RİA “Novosti” yayıb.
Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə