Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Otuz üç ölkənin gimnastları Bakıda toplaşır

Milli Gimnastika Arenasında Batut Gimnastikası və Tamblinq üzrə Dünya Kubokunun (16-17 fevral)  yoxlama-məşqləri başlayıb. Bu barədə Milli Gimnastika federasiyasının saytənda məlumat verilib. Məlumata görə, yoxlama məşqi bütün yarış formatını əhatə edərək, ilk olaraq açılış mərasimindən başlayıb. Daha sonra isə Azərbaycan təmsilçiləribaşda olmaqla, Polşa, Qazaxıstan və Gürcüstan komandalarının gimnastları öz proqramlarını təqdim ediblər.

Bu kubokun Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması gimnastların həyəcan və məsuliyyətini iki qat artırır. Odur ki, kuboka qədər tam formada olmaq məqsədilə, artıq bir çox ölkələrin idmançıları arenadakı təlim-məşqlərinə start veriblər.

Fevralın 16-17-i  Milli Gimnastika Arenasında keçiriləcək Batut Gimnastikası və Tamblinq üzrə Dünya Kuboku yarışlarda ümumilikdə 30 ölkə iştirak edəcək. Qeyd edək ki, ötən il Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində  baş tutmuş batut gimnastikası üzrə Dünya Çempionatında 33 ölkənin təmsilçiləri mübarizə aparmışdı. Ölkələrin və titullu gimnastların sayı isə öz növbəsində rəqabətin və kubokun statusunun daha yüksək olacağına əsas verir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

13 Fevral 2019 17:07 - İDMAN
İDMAN
6 May 2021 | 08:20
Joze Mourinyo “Roma”da

Köhnə versiyamızdan xəbərləri izlə