Ən son xəbərlər
“Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo “İnter” klubunu çalışdıra bilər. Bildirilir ki, Mourinyo yaxın günlərdə “İnter”in icraçı direktoru Cüzeppe Marotta ilə görüşəcək. Əgər tərəflər razılığa gələrsə, o, bu postda Luçano Spalettini əvəzləyəcək.
Xatırladaq ki, 2008–2010-cu illərdə “İnter”i çalışdıran Mourinyo “A” Seriyası təmsilçisi ilə Çempionlar Liqasının qalibi olub.
Xəbəri “Futbol.ua” verib.
Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə