Ən son xəbərlər
“Barselona”nın kapitanı Lionel Messi İspaniya çempionatı tarixində yeni rekorda imza atıb. O, bu ölkənin futbol tarixinə 11 mövsümdə ardıcıl olaraq, azı, 20 qol vuran yeganə oyunçu kimi düşüb. Messi cari çempionatda artıq 21-ci qolunu vurub. Kataloniya klubu 22-ci turda, “Valensiya”ya qarşı matçda Messinin vurduğu iki qol sayəsində məğlubiyyətdən xilas olub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Xəbəri “Futbol.ua” verib.
Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə