Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Liverpul”dan növbəti xal itkisi

“Mançester Siti” yenidən zirvəyə yüksələ bilər

İngiltərə Premyer Liqasında 25-ci turun yekun oyunu keçirilib. Turun son oyununda lider “Liverpul” klubu səfərdə “Vest Hem” komandasının qonağı olub. Gərgin şəraitdə keçən oyunda komandalar meydandan sülhlə ayrılıblar. Görüş 1:1 hesabı ilə başa çatıb.

“Liverpul” klubunun qolunu matçın 22-ci dəqiqəsində Sadio Mane vurub. Bundan cəmi altı dəqiqə sonra, matçın 28-ci dəqiqəsində “Vest Hem”in futbolçusu Antonio hesaba tarazlıq gətirib.

Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 62 xalla “Liverpul” başçılıq edir. “Mançester Siti” 59 xalla 2-ci, “Tottenhem” 57 xalla 3-cü, “Çelsi” 50 xalla 4-cüdür. 32 xalı olan “Vest Hem” 12-ci sırada qərarlaşıb.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

5 Fevral 2019 12:58 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə