Ən son xəbərlər
Futbol üzrə Fransa Liqa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
İlk oyun günündə “Genqam” “Monako” ilə qarşılaşıb. Komandalar bu görüşün əsas vaxtında hərəyə 2 qola imza atıblar. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Genqam” ilk finalçı olub.
Digər finalçının adına “Strasburq” – “Bordo” matçında aydınlıq gəlib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanaraq finala vəsiqəni təmin ediblər.
Beləliklə, martın 30-da keçiriləcək final matçında “Genqam” “Strasburq”la qarşılaşacaq.
Xəbəri “Footballhd.ru” yayıb.
Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə