Ən son xəbərlər
Almaniyanın “Hannover” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
Bildirilir ki, baş məşqçi Andre Braytenrayterin istefaya göndərilməsindən sonra Bundesliqa təmsilçisinin “sükan”ı Tomas Dola tapşırılıb. 52 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Hannover” cari mövsümdə 19 turdan sonra 11 xalla 17-ci sırada qərarlaşıb.
Xəbəri “hannover96.de” yayıb.
Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə