Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəşə Təbrizinin divanı əldə edilmişdir

Divanda şairin Azərbaycanca şeirləri də yer almışdır

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov İstanbulun Topqapı Sarayı Muzeyindən XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surətini əldə etmişdir. Əsasən farsca yazılmış bu divanının sonunda şairin Azərbaycan türkcəsində yazdığı şeirlər toplanmışdır.

Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin nəslindən olan Əbdürrəzzaq Nəşə Təbrizi dövrünün tanınmış alimi, riyaziyyatçısı olmuş, Nadir şahın yürüşlərində iştirak etmişdir. Divandakı Azərbaycan türkcəsində olan qəsidələr Nadir şahla bağlıdır. Bu qəsidələrdən biri Nadir şahın göstərişi ilə 1743-cü ildə Nəcəf şəhərində Həzrət Əlinin türbəsinin qızıla tutulması münasibəti ilə yazılıb. Divanda şairin anadilli lirik şeirləri də vardır.

 

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti”

 

20 Avqust 2018 14:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə