Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kiyevdə Müslüm Maqomayevin xatirəsi anılıb

Ukraynanın paytaxtı Kiyev şəhərində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 76-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyi və Ticarət Evinin kollektivi Müslüm Maqomayev adına parka gələrək onun abidəsi önünə tər çiçəklər düzüblər.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev abidə önündə çıxış edərək bildirib ki, Ukraynada Müslüm Maqomayevin xatirəsi ehtiramla anılır. Sənətə və əsl sənətkara hörməti olan ukraynalılar Müslüm Maqomayevin adını daşıyan parka gələrək, onun abidəsi önünə tər güllər düzürlər. O nəinki azərbaycanlıların, bütün dünya xalqlarının qəlbində elə sevgi abidəsi ucaldıb ki, bu gün də sevilir, anılır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

20 Avqust 2018 14:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə