Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva BTA-nın prezidenti Darhan Kıdırali ilə görüşüb

Milli Məclisin deputatı Qənirə Paşayeva Turan Qurultayı çərçivəsində Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darhan Kıdırali ilə görüşüb. Görüş zamanı hər iki tərəf üçün maraqlı olan müzakirələr aparılıb.

 Beynəlxalq Türk Akademiyasının türk dünyasının birliyi istiqamətində gördüyü işlər barədə məlumatlar verən və bunun əhəmiyyətini vurğulayan Q.Paşayeva ortaq türk ədəbiyyatı, tarixi və mədəniyyəti ilə bağlı layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib. Türk dünyasının inteqrasiyası istiqamətində gördükləri işlər barədə məlumat verən Darhan Kıdırali ortaq türk ədəbiyyatı, tarixi və mədəniyyəti ilə bağlı layihələr üzərində çalışdıqlarını bildirib.

Görüşdə iki qardaş ölkə olan Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi imkanları və türk birliyinin güclənməsi istiqamətində yeni layihələr ətrafında önəmli fikir mübadiləsi aparılıb. Görüşdə ATXƏM sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayıl, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri doktoru Məlahət Qəhrəmanova , iş qadını Pərvanə Mustafayeva, əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlı iştirak ediblər.

 

Zərifə BƏŞİRQIZI.
“Xalq qəzeti”

20 Avqust 2018 12:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə