Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tərlan Məmmədov: Dövlətimizə fayda verməyi çox istəyirəm

Azərbaycanın alimləri dünyada tanınır və seçilirlər. Müxtəlif səbəblərdən ölkəmizin hüdudlarından kənarda yaşayan elm adamlarımız çalışdıqları ölkələrdə Azərbaycan övladının nələrə qadir və layiq olduqlarını dəfələrlə sübut ediblər.

Tərlan Məmmədov da dünyada tanınmış alimlərimizdən biridir. O, hal-hazırda Türkiyənin Akdeniz Universitetində çalışır. Milli Məclisin deputatı Qənirə Paşayeva Macarıstanda Turan qurultayı çərçivəsində onunla görüşüb. "Rekonbinant vaksin və teropevtik zülalların sintezi üçün TUBİTAK”  və Beynəlxalq Qrant  Agentliyi tərəfindən 5 böyük layihənin rəhbəri olan, professor Tərlan Məmmədov ilə geniş fikir mübadiləsi aparıb.

Q.Paşayeva -- “bu cür dünya səviyyəli alimlərimizin olması insanı sevindirir və inanırırq ki, bu cür alimlərimizin böyük potensialından ölkəmizdə elimin inkişafında istifadə olunacaq. Onun kimi çox böyük potensiala malik alimlərimizdən ölkəmizdə elmin inkişaında istifadəsinə ciddi ehtiyac var.” Deputat həmçinin qeyd edib ki,  söhbət zamanı soydaşımız “dəvət etsələr, böyük məmnuniyyətlə öz Vətənimdə önəmli layihələr həyata keçirmək və dövlətimizə fayda verməyi çox istəyirəm,”-- deyib.

 

Zərifə BƏŞİRQIZI,
Xalq qəzeti”

20 Avqust 2018 12:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə