Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın ən yaxşı şəhəri…

Vyana dünyanın ən komfort şəhərləri reytinqində 7 il liderlik edən Avstraliyanın Melburn şəhərini keşib. Üçüncü yeri Yaponiyanın Osaka şəhəri tutub. Dördüncü Kanadanın Kalqarisi olub, ilk beşliyin sonuncusu Sidneydir.

Bizimyol.info   xəbər verir ki, İlk onluğa Vankuver, Tokio, Toronto, Kopenhagen və Adelaida daxildir.

“The Ekonomist” jurnalı 30 kriteriya əsasında hər il şəhərlərin reytinqini tərtib edir. Bu kriteriyaları şərti olaraq dörd qrupa bölmək olar- siyasi və sosial komforta görə, cinayətin səviyyəsinə görə, təhsilə və səhiyyə sisteminə görə.

Jurnal eyni zamanda il ərzində hansı səviyyədə vəziyyətlərini yaxşılaşdıran və pisləşdirən şəhərlərin də siyahısını tərtib edib.

İngiltərənin Mançesteri keçən illə müqayisədə keçən ilki terror aktından sonra təhlükəsizlik tədbirlərini yaxşılaşdırdıqlarına görə 16 pillə yuxarı qalxıb.

Neqativ inkişafa Kiyev liderlik edib (140 içərisində 118-ci yer).

Keçən il antirekord siyahısına 80-ci yerə düşən Moskva başçılıq edib. Bu il Rusiyanın paytaxtı 68-ci, Sankt-Peterburq isə 70-ci yeri tutub.

Reytinq cədvəlində dünyanın 140 şəhərləri arasında sonuncu yeri Dəməşq şəhəri tutub. Siyahıda onun qonşuluğunda Banqladeşin paytaxtı Dəqqə və Nigeriyanın Laosu yer alıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 Avqust 2018 11:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə