Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dəmirçi-Lahıc avtomobil yolunda hərəkət məhdudlaşdırılır

Dəmirçi-Lahıc avtomobil yolunda  hərəkət avqustun 19-31-i  tam məhdudlaşdırılır. Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin 

ictimaiyyətlə əlaqələr şöbəsi məumat verib. Məlumatda bildirilir ki, buna səbəb sözügedən avtomobil yolunda aparılan yenidənqurma işləri ilə əlaqədardır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi sürücülərdən sözügedən yolun bağlı olması ilə əlaqədar olaraq alternativ yollardan istifadə etmələrini xahiş edir.

Yaranacaq müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 

20 Avqust 2018 11:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə