Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son dörd gün ərzində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 87 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ayrı-ayrı ölkələrin vətəndaşları olan ümumilikdə 87 əcnəbi saxlanılıb.
Onlardan 78 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları, 7-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-nin isə Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları müəyyən edilib. 
Saxlanılmış əcnəbilərdən 78-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür. 
DMX qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir. 

18 Avqust 2018 22:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə