Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT-nin sabiq baş katibi Kofi Annan vəfat edib

“Euronews” agentliyinin yaydığı məlumata görə, BMT-nin sabiq baş katibi Kofi Annan 81 yaşında vəfat edib. Mənbə qeyd edir ki, bu barədə məlumat BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının “Twitter” səhifəsində yerləşdirilib. 
Qeyd edilir ki, Kofi Annanın mikrobloqunda da onun ailəsi və fondu adından məlumat yerləşdirilib. Məlumata görə, sabiq baş katib ailəsinin və yaxınlarının əhatəsində dünyasını dəyişib. Annanın nə vaxt və harada dəfn olunacağı barədə hələlik xəbər verilməyib.
Məlumat üçün deyək ki, qanalı diplomat, BMT-nin 7-ci Baş katibi olub. Tələbə olarkən BMT-də işləməyə başlayan Kofi Annan əvvəlcə təşkilatın Beynəlxalq Səhiyyə Təşkilatında, sonra isə digər strukturlarında çalışıb. Bir müddət BMT-nin qaçqınların işi üzrə ali komissarının idarəsinə başçılıq edib.
Kofi Annan 1997-ci il yanvarın 1-də və 2001-ci il iyunun 29-da iki müddətə BMT-nin Baş katibi seçilib. 2001-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.
Rövşən ATAKİŞİYEV,
 “Xalq qəzeti”

 

18 Avqust 2018 22:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə