Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai Televiziya və Radio Yayımları Şirkəti AÇIQ TENDER ELAN EDİR

Tender 12 lot üzrə keçirilir.
Lot-1. Dəftərxana mallarının satınalınması. 
Lot-2. Təsərrüfat mallarının satınalınması.
Lot-3. İnzibati binanın və həyətyanı ərazinin gündəlik təmizlik işlərinin satınalınması.
Lot-4. Müxtəlif elektrik mallarının satınalınması.
Lot-5. Generatorlara lazım olan ehtiyat hissələrinin və illik texniki xidmət işlərinin satınalınması.
Lot-6. Kəsintisiz qida mənbəyinə lazım olan ehtiyat hissələri və illik servis xidmətlərinin satınalınması.
Lot-7. Yeni kartriclərin alınması və doldurulması xidmətlərinin satınalınması.
Lot-8. Kondisionerlərə və havalandırma sistemlərinə ehtiyat hissələri və illik texniki xidmət işlərinin satınalınması.
Lot-9. Liftlərə lazım olan ehtiyat hissələri və illik texniki xidmət işlərinin satınalınması.
Lot-10. Avtomobillərin ehtiyat hissələrinin və texniki xidmət göstərilməsi işlərinin satınalınması.
Lot-11. Radio və televiziya bannerlərinin monitorinqi xidmətinin satınalınması.
Lot-12. Qazanxananın istismara verilməsi üçün texniki şərtlərin hazırlanması və zəruri təmir aparılması işlərinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal raonu, Şərifzadə küçəsi 241 ( əlaqələndirici şəxs- Ramil Əliyevdən ,telefon - 012 430 13 16 ) nömrəli ünvandan ala bilərlər.
Adı- “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı 
Kod- 200112
VÖEN- 9900003611
M h - AZ37NABZ01350100000000001944
S.W.İ.F.Т.: АIIBАZ2X
Adı- İctimai Televiziya və Radio Yayımları Şirkəti
Hh-AZ11AIIB33010019441102259111
VÖEN- 2000435761 
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafıq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifı və bank zəmanəti istisna olmaqla) 8 fevral 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 18 fevral 2019-cu il saat 18.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 19 fevral 2019-cu il saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.
 
 
Tender komissiyası
21 Yanvar 2019 21:39 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
1 İyul 2022 | 00:21
OXUCULARIN NƏZƏRİNƏ!

Köhnə versiyamızdan xəbərləri izlə