Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi təmir işlərinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 12 lot üzrə keçiriləcəkdir.
Lot-1. Biofizika İnstitutunun 5 mərtəbəli laboratoriya korpusunda təmir işlərinin ­satınalınması.
Lot-2. M.Qaşqay küçəsində yerləşən AMEA-nın qonaq evində təmir işlərinin satınalınması.
Lot-3.Zoologiya İnstitutunun 6 mərtəbəli laboratoriya korpusunda təmir işlərinin satınalınması.
Lot-4. Strateji Elmi- Tədqiqatlar Mərkəzinin AMEA Yüksək Texnologiyalar Parkının ərazisində yerləşən 2 nömrəli elmi- tədqiqat laboratoriya binasında təmir işlərinin satınalınması.
Lot-5.AMEA Yüksək Texnologiyalar Parkının ərazisində yerləşən nəqliyyat-təsərrüfat binasında təmir işlərinin satınalınması.
Lot-6.Mərkəzi Nəbatat Bağının ərazisinin hasarında təmir işlərinin satınalınması.
Lot-7. Şamaxı rayonu ərazisində yerləşən AMEA-nın qonaq evində təmir işlərinin satınalınması.
Lot-8. Mikrobiologiya İnstitutunun birmərtəbəli laboratoriya binasında təmir işlərinin satınalınması.
Lot-9. Neft və Qaz İnstitutunda təmir işlərinin satınalınması.
Lot-10. İdarəetmə Sistemləri İnstitutunun inzibati binasında təmir işlərinin satınalınması.
Lot-11. Fizika İnstitutunun kriogen laboratoriya korpusunda təmir işlərinin satınalınması.
Lot-12.Təbiət Tarixi Muzeyinin inzibati binasında təmir işlərinin satınalınması.
Maraqlananlar hər lot üçün 30 (otuz) manat məbləğdə tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər:
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi
VÖEN-1700007431 
9 saylı Xəzinədarlıq İdarəsi 
VÖEN-1700987121
Bank-DXA 
 VÖEN- 1401555071 
Kod-210005
 H/h-AZ67CTRE00000000000002728301
M/h-AZ41NABZ01360100000000003944
SWIFT-CTREAZ22
H/h-AZ28CTRE 00000000000004138316 
 Fond-3, büdcə təsnifatı kodu-142319
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün açağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada tender komissiyasına təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 2 faizi həcmində təklifin bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər:
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat;
- malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir ildəki maliyyə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş bəyannamənin surəti;
- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcun olub-olmaması barədə arayış;
- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;
- son bir ildə yerinə yetirilmiş analoji işlərin ünvanı göstərilməklə ətraflı məlumat.
Malgöndərənlər (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 11 fevral 2019-cu il saat 17 .00-dək tender komissiyasına təqdim etməlidirlər.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs N.Abbasova (telefon- 012-492-59-76) müraciət edə bilərlər.
İddiaçılar tender təklifini və təklifin bank təminatını imzalanmış, möhürlənmiş, ikiqat bağlanmış zərfdə 21 fevral 2019-cu il saat 17 .00 –dək Bakı şəhəri, İstiqlaliyyət küçəsi 30 nömrəli ünvanda yerləşən AMEA Rəyasət Heyətinin inzibati binasında tender komissiyanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 22 fevral 2019-cu il saat 11 .00 -da AMEA RH-nin kiçik iclas zalında açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir. 

 

Tender komissiyası

 

21 Yanvar 2019 21:35 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə