Ən son xəbərlər
Portuqaliyalı futbolçu Rikardo Quareşma “Beşiktaş”ı tərk etmək məcburiyyətində olduğunu bildirib. Futbolçu klub rəhbərliyinə müraciətində ailəvi səbəblərdən dolayı Portuqaliyaya köçmək istədiyini deyib.
Klubun əfsanəvi oyunçularından birinə çevrilmiş Quareşmanın bu müraciətindən sonra onun “Beşiktaş”ı tərk edəcəyi dəqiqləşib. İddialara görə, ulduz futbolçu ölkəsinin “Portu” klubuna transfer olunacaq.
Məlumatı “Goal.com” yayıb.
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə