Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Siyəzən Broyler” ASC səhmdarlarının nəzərinə!

12 mart 2019-cu il saat 10.30-da “Siyəzən Broyler” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
İclasın gündəliyi:
1. “Siyəzən Broyler” ASC-nin illik və maliyyə hesabatlarının müzakirəsi və təsdiqi.
2.“Siyəzən Broyler” ASC-nin dövriyyə vəsaitlərinin artırılması, “Bank Avrasiya” ASC və ASC “Xalq” Bankında olan mövcud borc öhdəliklərinin bağlanması məqsədilə ASC “Xalq” Bankı ilə “Siyəzən Broyler” ASC arasında bağlanmış 26 dekabr 2018-ci il tarixli 100409971156518 saylı kredit müqaviləsi və 28 dekabr 2018-ci il tarixli 100309971166218 saylı kredit xətti müqaviləsi üzrə kreditlərin verilməsi faktının təsdiq edilməsi.
3. “Siyəzən  Broyler” ASC tərəfindən götürülən və yuxarıda qeyd edilən kreditlərin təminatı kimi “Siyəzən Broyler” ASC-nin mülkiyyətində olan Siyəzən rayonu, Beşdam kəndində yerləşən 279.0132 hektar torpaq sahəsinin 28 ədəd çıxarışının və Siyəzən rayonunda yerləşən, ümumi sahəsi 250 937.3 kvadrat metrlik əmlak kompleksi kimi müəssisənin müvafiq olaraq ipoteka və sonrakı ipoteka qoyulması faktının təsdiq edilməsi.
4. Müvafiq hüquqi şəxslərin ASC “Xalq” Bankdan götürəcəyi kredit öhdəliklərinin icrasının təminatı qismində çıxış edəcək “Siyəzən Broyler” ASC-nin yuxarıda göstərilmiş əmlaklarının sonrakı ipoteka ilə yüklü edilməsi və avadanlıqlarının (qurğularının) girov qoyulması barədə “Siyəzən Broyler” ASC-nin müşahidə şurasının 20 dekabr 2018-ci il tarixli qərarının bəyənilməsi.
5.  Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. 
Səhmdarlar  ümumi yığıncağın materialları ilə tanış olmaq üçün cəmiyyətin yerləşdiyi ünvana  müraciət edə bilərlər.
Ünvan – AZ5300. Siyəzən şəhəri,  “Siyəzən Broyler” ASC-nin inzibati binası.
Əlaqə telefonları – 0233040555,  050-273-83-03.

 

“Siyəzən Broyler” ASC-nin rəhbərliyi

16 Yanvar 2019 21:49 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
25 Noyabr 2022 | 00:56
B İ L D İ R İ Ş
23 Noyabr 2022 | 00:15
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə