Ən son xəbərlər
İngiltərənin “Çelsi” klubu Rusiyanın “Zenit” komandasının yarımmüdafiəçisi Leandro Peredesi transfer etmək istəyir. Bu barədə “Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, London klubu Leandro Peredes üçün 30 milyon avro ödəməyə hazırdır. Transfer reallaşsa, klubun argentinalı futbolçuya 2023-cü ilədək qüvvədə olan müqavilə və ildə 4,5 milyon avro məvacib təklif edəcəyi bildirilir.
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə