Ən son xəbərlər
Son vaxtlar Fransa Liqasında işləri yaxşı getməyən “Monako” futbol klubu heyətinə daha bir oyunçu cəlb edib. Bu barədə “Futbol.ua” məlumat yayıb.
Mənbə qeyd edir ki, Knyazlıq klubu “Lill”in müdafiəçisi Fode Ballo-Ture ilə 2023-cü ilin yayına qədər müqavilə imzalayıb. 22 yaşlı müdafiəçi “Lill”dən əvvəl - 2014-2017-ci illərdə PSJ-də çıxış edib.
Qeyd edək ki, “Monako” daha əvvəl “Şalke”dən braziliyalı müdafiəçi Naldonu da transfer edib.
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə