Ən son xəbərlər
İngiltərənin “Liverpul” futbol komandasının misirli hücumçusu Məhəmməd Salah Afrikada ilin ən yaxşı futbolçusu seçilib. Bu barədə İtalıiaynın “AS” nəşri məlumat yayıb.
Mənbə yazır ki, mükafatlandırma mərasimi Dakarda keçirilib. 26 yaşlı futbolçu ilə yanaşı, mükafata iddia edənlər arasında onunla bir klubda çıxış edən Sadio Mane (Seneqal) və “Arsenal”ın forvardı Pyer-Emerik Obameyang (Qabon) olublar.
Qeyd edək ki, Salah bu mükafata artıq ikinci dəfə laiq görülür. Bu nominasiyada qələbə sayına görə rekordçular Eto'O və Yaya Turedir - 4 dəfə.
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə