Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mil-Muğan Meşə Meliorasiya İdarəsi 2019-cu ildə istismar tədbirləri üçün mal-materialların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Lot-1. Mexanizmlər üçün ehtiyat hissələrinin və cari təmirə mal-materialların satınalınması.
Lot-2. Avtomaşınlar üçün ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: - aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Bağlanmış müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Saatlı rayonu, Mollavaizli kəndində yerləşən Mil-Muğan Meşə Meliorasiya İdarəsindən (əlaqələndirici şəxs - M.Ağayevdən, telefon - 02128-52064) ala bilərlər.
Təşkilat- Mil-Muğan Meşə Meliorasiya İdarəsi
VÖEN- 6700036591
Saatlı YXO
H/h- AZ 72 CTRE 00000000000002104501
VÖEN- 6700050671
“Kapital Bank”ın Saatlı filialı
Kod- 200598
VÖEN- 9900003611
M/h-AZ37 NABZ 01350100000000001944
S.W.İ.F.T.BİK A.I.I. BAZ 2 X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 fevral 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 21 fevral 2019-cu il saat 18.00-a qədər, Saatlı rayonu, Mollavaizli kəndində yerləşən Mil-Muğan Meşə Meliorasiya İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 22 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

 

9 Yanvar 2019 20:52 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
5 Mart 2021 | 04:08
BİLDİRİŞ
5 Mart 2021 | 03:36
BİLDİRİŞ
5 Mart 2021 | 01:37
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə