Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Təsərrüfat mallarının ­satınalınması.
Lot-2. Dəftərxana mallarının ­satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçılar Lot-1 üçün 60 manat, Lot-2 üçün isə 90 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xaqani küçəsi 14 nömrəli ünvanda Məhkəmə Ekspertizası Mərkəzindən ala bilərlər.
Əlaqələndirici şəxsin telefonu-012/498-05-43.
Azərbaycan Respublikası Ədliyyə ­Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi
VÖEN- 1700326621
Hh- AZ34CTRE00000000000002088501
Fond -7 Maddə - 142340. 
Tender xərci
Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK CTREA22
İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 2 (iki) faizi məbləğində bank təminatı (təklif zərfləri açıldığı gündən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Üstünlük Azərbaycan dilinə veriləcəkdir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 18 fevral 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, Xaqani küçəsi 14 nömrəli ünvanda yerləşən ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 19 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

 

9 Yanvar 2019 20:51 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
14 Aprel 2021 | 09:08
BİLDİRİŞ
14 Aprel 2021 | 09:00
BİLDİRİŞ
13 Aprel 2021 | 02:50
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə