Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aşağıdakı lotlar üzrə AÇIQ TENDER ELAN EDİR

Lot – 1. Emerson markalı kəsintisiz güc mənbələrinə (UPS) təmir və sərfiyyat materiallarının satınalınması.
Lot-2. Secalt markalı fasad təmizləmə qurğularına təmir materiallarının satınalınması.
Lot-3. Boyaq məhsullarının satınalınması.
Lot-4. İT sistemləri üçün yeni lisenziyaların alınması, mövcud lisenziyaların, vendor texniki xidmətinin müddətinin uzadılması xidmətinin satınalınması.
Lot-5. İnformasiya texnologiyaları avadanlıqlarının və ehtiyat hissələrinin satınalınması.
Lot-6. Unikal nömrəli və ştrixkodlu plombların satınalınması.
Lot-7. Cisco İT avadanlıqlarına (SMARTNET) istehsalçı zəmanətlərinin 1 il müddətinə uzadılması xidmətinin satınalınması.
Lot-8. Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrinin monitorinqi üzrə texniki xidmətin satınalınması.
Lot-9. “İKT infrastrukturunda zəiflikləri texniki audit etmək” xidməti üçün (“Penetration Testing”) test alətlərinin, lisenziyaların və texniki dəstəyin satınalınması.
Lot-10. İnformasiya təhlükəsizliyi sistemlərin (GFİ və Radware) lisenziyalarının 1 il müddətinə uzadılması.
Lot-11.Təmizlik xidmətlərinin satınalınması.
Lot-12. Ərzaq malların satınalınması.
ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq mümkündür.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satınalınmasını əhatə edir.
Tender proseduru 8 fevral 2019-cu il yerli vaxtla saat 10.00-da, ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda tender təklifi zərflərinin açılışı ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
-tenderdə iştirak etmək üçün ərizə;
-podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-podratçının ixtisas göstəricilərinə dair məlumat;
-tender təklifi (tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti) ilə birlikdə); 
-podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.
Podratçılardan tələb olunan sənədlər 31 yanvar 2019-cu il, yerli vaxtla saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla 7 fevral 2019-cu il, yerli vaxtla saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur. 
İştirak haqqı Lot -2, Lot -3, Lot -6, Lot -12 üçün 50 (əlli) manat və Lot -1, Lot -4, Lot -5, Lot -7, Lot -8, lot-9, Lot -10 və Lot -11 üçün isə 100 (yüz) manat məbləğdə müəyyən edilmişdir. Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara müvafiq iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir. 
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Ünvan- AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
VÖEN- 9900041961
H/h-AZ84NABZ01360400000000001944
Bank- Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod- 501004
VÖEN- 9900071001 
M/h- AZ74NABZ01451700000000001944 
S.W.I.F.T bik: NABZAZ 2C 
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılışında iştirak edə bilərlər.
Tenderlə əlaqədar suallar və sorğular [email protected] ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu- (+994 12) 498 77 53, əlaqələndirici şəxslər - Lot -4, Lot - 5 və Lot - 7 üçün Ülvi Abdullayev (dax.: 1210), Lot - 6, Lot - 8, Lot - 9 və Lot -10 üçün Nailə Məmmədli (dax.: 9005), Lot -1-3, Lot -11 və Lot - 12 üçün Elşad Bağırov, (dax.: 1010), hüquqi məsələlər üçün isə Kəmalə Rəhimovadır (dax.: 8023)).

 

Tender komissiyası

8 Yanvar 2019 23:12 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
5 Mart 2021 | 04:08
BİLDİRİŞ
5 Mart 2021 | 03:36
BİLDİRİŞ
5 Mart 2021 | 01:37
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə