Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, hava şəraiti əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 10-15, dağlıq rayonlarda 5-10 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 7-11, dağlıq rayonlarda 5-7 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 5-10 dərəcə isti təşkil edəcək.  

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi yanvarın 5-də axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 9-12 dərəcə isti təşkil edəcək.                                                

5 Yanvar 2019 17:32 - EKOLOGİYA
EKOLOGİYA
30 Noyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
26 Noyabr 2021 | 18:08
Sabahın HAVA PROQNOZU
25 Noyabr 2021 | 18:12
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə