Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu ilki qış da mülayim keçəcək

Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan mediaya verilən açıqlamaya görə, bu ilki qışda temperatur iqlim normasından 0,5 – 1 dərəcə yüksək olacaq, soyuq fəsil yenə mülayim keçəcək. Şaxtalı və qarlı günlərin müşahidə olunacağı da istisna deyil.

Yanvarın ilk ongünlüyündə  Bakıda və regionlarda hava şəraitində ciddi dəyişiklik proqnozlaşdırılmayıb. Paytaxtda mülayim cənub-qərb küləyi arabir güclənəcək, temperatur 8--12 dərəcə arasında dəyişəcək. Regionlarda isə yanvarın ilk günlərində hava şərait normal keçəcək, müəyyən yerlərdə duman olacaq. Temperatur iqlim normasına yaxın, bəzi günlərdə normadan artıq ola bilər.  

Mütəxəssislər bu il də Bakıya qar yağmayacağını deməkdə çətinlik çəkirlər.

 

R.TAHİR,
“Xalq qəzeti”

3 Yanvar 2019 14:06 - EKOLOGİYA
EKOLOGİYA
3 Dekabr 2021 | 18:06
Sabahın HAVA PROQNOZU
2 Dekabr 2021 | 17:51
Sabahın HAVA PROQNOZU
30 Noyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə