Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ diplomatı: Azərbaycan hökumətinin insan alveri ilə mübarizəyə verdiyi dəstəyi yüksək qiymətləndiririk

“Amerika Birləşmiş Ştatları Azərbaycanda insan alverinə qarşı mübarizə işinə sadiqdir. Biz Azərbaycan hökumətinin bu sahəyə verdiyi dəstəyi yüksək qiymətləndiririk”.
 
APA-nın şimal bürosunun xəbərinə görə, bu sözləri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, Dövlət Miqrasiya Xidməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Qusarda 30 iyul - Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü münasibətilə birgə təşkil etdiyi konfransda ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gill deyib.
U. Gill bildirib ki, bu tədbir bütün tərəflər üçün fikir mübadiləsi baxımından yaxşı imkan oldu və bu müzakirələrin davam etməsini gözləyir. 
DİN-in İnsan Alverinə Qarşı Mübarizə 
zrə Baş İdarəsinin rəis müavini Samir ­Zeynalov çıxışında qeyd edib ki, Azərbaycanda bu ­problemin həlli istiqamətində bir çox işlər ­görülüb. 14 il ərzində həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə 1279 insan alveri və məcburi əmək cinayəti qeydə alınıb, 526 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Bununla yanaşı, 200-ə yaxın mütəşəkkil dəstə və cinayətkar qrup zərərsizləşdirilib, müəyyən edilmiş 853 insan alveri qurbanının cəmiyyətə reinteqrasiyası təmin olunub.
31 İyul 2018 13:42 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə