Ən son xəbərlər
Dekabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Ucar Rayon İcra Hakimiyyəti (RİH), Polis Şöbəsinin (PŞ) birgə təşkliatçılığı ilə Alpout kənd 1 saylı və Küçəkənd kənd Mübariz Vəliyev adına tam orta məktəblərində "Yeniyetmələri dini radikalizm və zərərli vərdişlərdən qoruyaq" mövzusunda maarifləndirici tədbir keçirilib.
Bu barədə "Xalq qəzeti"nə komitənin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, rayon PŞ-nin rəisi Valik Vəlimətov, müəllim və şagirdlər iştirak ediblər.
Dini radikalizm və ekstremizmlə mübarizənin prioritet məsələ olduğunu qeyd ediblər. Bildiriblər ki, radikal dini cərəyanlar öz təbliğatlarına hədəf kimi əsasən gəncləri seçib onları asanlıqla manipulyasiya obyektinə çevirdiyinə görə, gənc və yeniyetmələrin maarifləndirilməsinə xüsusi diqqət yetirilməlidir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Köhnə versiyamızdan xəbərləri izlə