Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şuşa Sən Azadsan!” adlı sənədli film nümayiş olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Şuşa Sən Azadsan!” adlı sənədli film nümayiş olunub. Tədbirdə 106, 139 nömrəli tam orta məktəblərin,166 nömrəli məktəb-liseyin şagirdləri və müəllim kollektivi iştirak edib.

Bu barədə "Xalq qəzeti"nə idarənin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirin aparıcısı Nuranə Davrinbəyova Azərbaycan əsgərinin şücayətindən, mərdliyindən qanları ilə yazdıqları qəhrəmanlıq dastanından söz açaraq geniş məlumat verib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində çəkilib. II Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilib. Filmdə Şuşa əməliyyatını həyata keçirən əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş kadrlar yer alıb. 

9 Dekabr 2022 16:40 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
5 Fevral 2023 | 13:29
Xəlil Rza Ulutürk
3 Fevral 2023 | 09:13
Kitab fondu zənginləşir
29 Yanvar 2023 | 12:40
“Ağ kölgə”nin işığı

Köhnə versiyamızdan xəbərləri izlə