Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin Azərbaycandakı Səfiri Azərbaycan Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı Səfiri Cahit Bağçı Azərbaycan Mətbuat Şurasında olub.

Bu barədə "Xalq qəzeti"nə Şuranın Mətbuat xidmətindən məlumat verilib.

Qonağı salamlayan MŞ sədri Rəşad Məcid bildirib ki, Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci ildə keçirilmiş VIII qurultayında Mətbuat Şurasının yeni İdarə Heyəti seçilib və bu heyət kifayət qədər çoxşaxəli fəaliyyətə üstünlük vermək əzminə malikdir.

R.Məcid Azərbaycan və Türkiyə dövlətləri arasındakı dostluq və qardaşlıq münasibətlərinin ölkələrin mediasına da ciddi şəkildə sirayət etdiyini vurğulayıb və bundan məmnunluğunu dilə gətirib. Şura sədri MŞ-nin həm qardaş ölkənin jurnalist təşkilatları ilə fərdi əlaqələrə, həm də ayrı-ayrı media qurumları ilə Azərbaycanın kütləvi informasiya vasitələrinin təmaslarının gücləndirilməsinə çalışacağını vurğulayıb.

Türkiyənin Azərbaycandakı Səfiri Cahit Bağçı Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin üzvlərinə təbriklərini çatdırıb. O, Mətbuat Şurasının rəhbərlik etdiyi diplomatik missiya ilə hər zaman sıx əməkşdalıqda olduğunu xatırladıb. Bu əməkdaşlığın bundan sonra da faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

9 Dekabr 2022 11:23 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə