Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azərsu” ASC-nin sədr müavini Ağsu və İsmayıllı sakinlərini qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 16 dekabr 2022-ci il tarixində Ağsu şəhərində Ağsu və İsmayıllı sakinlərini qəbul edəcək.

Bu barədə "Xalq qəzeti"nə ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

Qəbul saat 10:00-dan başlayaraq Ağsu şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Ağsu və İsmayıllı Sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

9 Dekabr 2022 17:21 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə