Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzər dənizinin Azərbaycan bölməsində aşkarlanan suiti cəsədlərindən nümunələr götürülüb

Xəzərin Azərbaycan bölməsində aşkarlanan suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən artıq cəsədlərdən nümunələr götürülüb. Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Xidmət rəisi Firuddin Əliyev "Xalq qəzeti"nə bildirib ki, mütəxəssislər tərəfindən suiti cəsədlərinin üzərində aparılan vizual müşahidələr zamanı zədə izlərinə rast gəlinməyib.

Xatırladaq ki, bir neçə gün öncə Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm halı aşkarlanmışdı. Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Xaçmazın İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndlərinin dəniz sahillərində də suiti cəsədləri aşkar olunub.

9 Dekabr 2022 09:47 - EKOLOGİYA
EKOLOGİYA
4 Fevral 2023 | 00:55
Hava proqnozu
3 Fevral 2023 | 03:24
Hava proqnozu
2 Fevral 2023 | 01:02
Hava proqnozu
1 Fevral 2023 | 02:16
Hava proqnozu
31 Yanvar 2023 | 01:54
Hava proqnozu
28 Yanvar 2023 | 04:34
Hava proqnozu
27 Yanvar 2023 | 03:40
Hava proqnozu
26 Yanvar 2023 | 01:25
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə