Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcüstan ikinci cəbhə açmaq istəmir

Gürcüstan Ukrayna müharibəsinə qarışmayacaq və bu ölkəyə hərbi yardım etməyəcək. Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib. Məlumatı “Novosti Qruziya” verib.


Baş nazir bildirib: “Biz açıq şəkildə bildirdik ki, bu müharibəyə qarışmayacağıq. Bu bizim aydın mövqeyimizdir. Baş nazir kimi mənim xalq qarşısında məsuliyyətim var”.
Qaribaşvilinin sözlərinə görə, Ukrayna hakimiyyətinin rəsmi nümayəndələri, eləcə də Təhlükəsizlik Şurasının katibi Gürcüstanda ikinci cəbhə açmaq istədiklərini açıq şəkildə bəyan ediblər. Tbilisidə bu planlar barədə məlumat var: “Lakin çox şeyi açıqlamaq olmur. Mən sizə yalnız əsas şeyi deyim ki, onlar Gürcüstanda ikinci cəbhə açmaq istəyirlər. Düşünürlər ki, təkcə ukraynalı qadın və uşaqlar yox, həm də gürcülər ölsünlər, bu cəbhə və müharibə Gürcüstana keçsin. Bu rəsmi açıqlama idi”.
Baş nazir əlavə edib ki, bu cür bəyanatları çox eşidiblər və bununla bağlı geniş məlumatları var: “Amma Allaha şükürlər olsun ki, bu gün ölkədə hakim partiya olan “Gürcü Arzusu” və biz qərara gəldik ki, xalqımızın, dövlətimizin mənafeyi hər şeydən üstündür. Biz bütün ölkələrə hörmət edirik, bütün xalqlara hörmət edirik, lakin hər şeydən çox ölkəmizi sevirik və həmişə ölkəmizin maraqlarını qoruyacağıq”.

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

9 Dekabr 2022 03:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə