Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna: Müharibənin 287-ci günü

Ukraynada Rusiyanın xüsusi hərbi əməliyyatı davam edir. Dünən Prezident Vladimir Putin bəyan edib ki, əməliyyat uzun proses ola bilər. Məlumatı “İnterfaks.ru” verib.


Yeni ərazilərin ələ keçirilməsinə münasibət bildirən Putin deyib: “Bu, Rusiya üçün çox əhəmiyyətli nəticədir, bu ciddi məsələdir. Azov dənizi də Rusiya Federasiyasının daxili dənizi olub. Bunlar ciddi məsələlərdir. Hələ Birinci Pyotr Azov dənizinə çıxmaq üçün mübarizə aparmışdı”.
RF Prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, əgər Ukrayna Prezidentinin də istəyi olsa, xüsusi hərbi əməliyyat sabah başa çata bilər: “Bu barədə çox müzakirə aparmaq olar. Zelenski bilir, bütün bunlar nə vaxt bitəcək. İstək olarsa, sabah bitə bilər”. 
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında isə bildirilir ki, müharibənin 287-ci günündə Rusiya ordusunun itkiləri 93 min 80 nəfərə çatıb. Eyni zamanda, Rusiya Silahlı Qüvvələrinə məxsus 2 min 937 tank, 5 min 911 zirehli döyüş maşını, 1925 artilleriya sistemi, 395 reaktiv yaylım atəş sistemi, 211 hava hücumundan müdafiə sistemi, 281 hərbi təyyarə, 264 helikopter, 4528 avtomobil, 1603 PUA, 592 qanadlı raket, 16 gəmi-qayıq, 161 xüsusi avadanlıq məhv edilib.
Dünən Nikolayev şəhəri “S-300” zenit-raket sistemindən atəşə tutulub. İnsan itkisi olmasa da, şəhərin nəqliyyat müəssisəsinə ciddi zərər dəyib. 

 

9 Dekabr 2022 03:34 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Fevral 2023 | 14:48
Musiqi notları necə yaranıb?
5 Fevral 2023 | 01:58
İranın uran yalanı

Köhnə versiyamızdan xəbərləri izlə