Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Hacıyev: “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır”

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan TŞ katibi Armen Qriqoryanın Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair bəyanatını yalan adlandırıb. 


Hikmət Hacıyev qeyd edib ki, danışıqlarda hər hansı məsələnin qaldırılması həmin məsələyə dair razılığın əldə olunduğu demək deyil:
“Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək. Bu və son vaxtlar Ermənistan rəsmiləri tərəfindən səsləndirilən digər ziddiyyətli açıqlamalar və irəli sürülən lazımsız yeni elementlər Ermənistan tərəfinin qəsdən sülh müqaviləsi üzrə danışıqları pozmaq və imitasiya yaratmaq niyyətini göstərir. 
Ermənistan tərəfinə bu kimi destruktiv siyasətindən əl çəkməyi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün siyasi iradə nümayiş etdirərək sülh müqaviləsi üzrə danışıqlarda ciddi surətdə iştirak etməyi tövsiyə edirik”.

 

“Report”

9 Dekabr 2022 02:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə