Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın antikorrupsiya fəaliyyətinə töhfələri yüksəkdir

Korrupsiyaya qarşı qlobal mübarizədə dünyanın 100-dən çox dövlətini birləşdirən və ölkəmizin həmtəsisçiliyi ilə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) 9 dekabr – Beynəlxalq Antikorrupsiya Günü ərəfəsində videoformatda İcraiyyə Komitəsinin iclası və ümumi yığıncağı keçirilib.


Ədliyyə Nazirliyinin mətbuat xidmətindən redaksiyamıza bildiriblər ki, tədbirlərdə respublikamızın ədliyyə naziri, Assosiasiyanın vitse-prezidenti, eyni zamanda, Şərqi Avropa regionu üzrə koordinatoru Fikrət Məmmədov iştirak edib.
IAACA-nın rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclasında Assosiasiyanın korrupsiya ilə qlobal mübarizədə fəaliyyəti və bu sahədə keçirdiyi tədbirlər, o cümlədən treninqlər, beynəlxalq forumlarda iştirakının genişləndirilməsi, qurumun gələcək fəaliyyəti müzakirə olunub, regional koordinatorlar tərəfindən görülən işlərə dair məlumat dinlənilib.
Ədliyyə naziri çıxış edərək Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə tədbirlərindən, bu sahədə ölkəmizin beynəlxalq antikorrupsiya fəaliyyətində aktiv iştirakından bəhs edib.
O, bildirib ki, qısa müddətdə Şərqi Avropa regionu üzrə bir çox ölkələr Azərbaycanın təşəbbüsü ilə IAACA-nın işinə cəlb olunub, ikitərəfli görüşlərdə və forumlarda bu sahədə əməkdaşlıq geniş təşviq edilib, IAACA-nın xətti ilə Bakıda 11 dövlətdən 100-dən çox nümayəndənin iştirakı ilə möhtəşəm beynəlxalq regional konfrans keçirilərək korrupsiyaya qarşı mübarizə üzrə faydalı təcrübə mübadiləsi aparılıb.
Azərbaycanın beynəlxalq antikorrupsiya fəaliyyətində səyləri yüksək qiymətləndirilərək həyata keçirdiyi tədbirlər məmnunluqla qarşılanıb.
İclasda IAACA-nın işinin səmərəliliyinin və qlobal nüfuzunun artırılması, fəaliyyəti barədə maarifləndirmənin genişləndirilməsi, o cümlədən, yeni veb-saytının istifadəyə verilməsi, katibliyin Honkonqda (Çin) ayrıca ofisinin açılması, korrupsiyaya qarşı mübarizə şəbəkəsinin genişləndirilməsi və digər tədbirlər müəyyən olunub. 
Assosiasiya rəhbərliyi tərəfindən görülmüş işlərə, o cümlədən Azərbaycanın IAACA-nın fəaliyyəti ilə bağlı həyata keçirdiyi tədbirlərə dair ümumi təqdimat nümayiş etdirilib. Əksəriyyəti Şərqi Avropadan olan yeni üzvlərin IAACA-ya qəbulu, regional tədbirlərin keçirilməsi və digər təşkilati məsələlər müzakirə edilib.

 

“Xalq qəzeti”

9 Dekabr 2022 02:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə